Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, Finlandiya və Estoniya hakimiyyəti ildırım cəbhəsinə düşməmək üçün Rusiyadan üç təyyarəni hava məkanına buraxıb.
Hit.az xəbər verir ki, agentlik göstərdiyi köməyə görə hər iki Avropa ölkəsinin səlahiyyətli orqanlarına təşəkkür edib.
“2023-cü il avqustun 17-də Rusiyanın “Rossiya”, “Ural Hava Yolları” və “Nordwind” aviaşirkətlərinin neytral sular üzərindən Kalininqraddan uçan üç təyyarəsi çətin hava şəraiti və Finlandiya və Estoniyaya yağan tufan səbəbindən hava sərhədlərini keçmək məcburiyyətində qalıb", deyə bildirilib.
Samir