İsveçdə terror təhlükəsi səviyyəsi 5-dən 4-ə yüksəldi

DÜNYA
16:48 / 17.08.2023
684

İsveçin Dövlət Təhlükəsizlik Xidməti terror təhlükəsi səviyyəsini 5-dən 4-ə qaldırıb.

HİT.az xəbər verir ki, bu barədə SVT1 telekanalı məlumat yayıb.

Dövlət Təhlükəsizlik Xidməti qeyd edib ki, ölkə islamçıların prioritet hədəfinə çevrilib. Qeyd olunur ki, İsveçdə terror təhlükəsi səviyyəsinin artırılması ilə bağlı qərar strateji və uzunmüddətli perspektivdə nəzərdən keçirilməlidir.

Bundan əvvəl İsveçin Danimarka və Niderlandla ilə bərabər terror təhlükəsinin artması ilə üzləşdiyi bildirilmişdi. Bu barədə İsveç Milli Polisinin Əməliyyat Departamentinin terrorla mübarizə bölməsinin rəhbəri Maqnus Şöberq açıqlama vermişdi. Onun sözlərinə görə, söhbət islamçı qruplardan gedir.

O əlavə edib ki, terrorçuların diqqətinin artması krallıqda Qurana zidd hərəkətlər səbəbindən müşahidə olunur. Şöberq vurğulayıb ki, hazırda İsveç terror təhlükəsinin üçüncü səviyyəsinə malikdir.

Samir

0