Rusiya "qanuni oğrular"dan necə istifadə etmək istəyib? - Ukrayna polisinin rəhbərindən ilginc açıqlama

DÜNYA
17:50 / 17.08.2023
752

Rusiya Ukraynaya qarşı başlatdığı geniş miqyaslı müharibənin ilk vaxtlarında “qanuni oğru”lardan da istifadə etməyə başlayıb. 

Hit.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İvan Vıqovskiy yerli mediaya müsabihəsində bildirib. 

Vıqovskinin sözlərinə görə, “qanuni oğru”lar vasitəsi ilə Ukraynda destablizasiya yaratmağa çalışıb. Lakin Moskva bu istəyinə çatmayıb. 
Vıqovski əlavə edib ki, oğru qaydalarına görə “qanuni oğru”ların hüquq-mühafizə orqanları ilə əməkdaşlığı yolverilməz olsa da, Rusiyaya bağlı bəzi kriminolitetlər Federal Təhlükəsizlik Xidmətinin (FTX) təsiri altındadır. 

Ukrayna Milli Polisinin rəhbərinin sölzərindən məlum olur ki, Rusiyanın qanuni oğrular vasitəsi ilə bu ölkənin həbsxanalarında süni qiyamlar təşkil etmək planı da olub. Lakin bunun qarşısı alınıb. 

Vıqovski bildirib ki, müharibənin ilk vaxtlarında döyüş bölgəsinə yaxın ərazilərdə yaşayan mülki vətəndaşlarla yanaşı “qanuni oğru”lar və kriminal dünyanın ən müxtəlif ranqlı üzvləri başqa şəhərlərə köçüblər. 

2021-ci ilin mayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 557  “qanuni oğru”ya və 111 kriminal avtoritetə sanksiya tətbiq etmək qərarına gəlib. Ukrayna prezidenti Volodmir Zelenski 21 may 2021-ci il tarixli fərmanı ilə Şuranın qərarını təsdiqləyib. 

Anar

0