"Nigerdə Əbdürəhman Tianinin başçılıq etdiyi üsyançıların hakimiyyətdə saxlanması qitədə demokratiyanın sonu olacaq".
Poliqon xəbər verir ki, bunu Niger Demokratiya və Sosializm Partiyasının baş katibinin müavini Bubakar Szabo çıxış edib.
“Nigerdə baş verənlər, əgər uğur qazanarsa, Afrikada demokratiyanın sonu olacaq. Hər şey bitdi. Bu gün mübarizə aparsaq, bu, belə şeylərin qarşısını almaq və qitəmizin gələcəyini təmin etmək olacaq”, deyə Szabo bildirib.
"Əgər üsyançılar uğur qazanarsa, bu, bütün Afrikanın təhlükəsizliyini təhlükə altına atacaq", deyə devrilmiş prezident Məhəmməd Bazumun partiya üzvü əlavə edib.
İyulun 26-da Niger prezidenti Məhəmməd Bazum və həyat yoldaşı Prezident Qvardiyası tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin Silahlı Qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
İyulun 27-də BMT-nin baş katibi Antonio Quterreş üsyanı dayandırmağa və prezident Bazumu azad etməyə çağırıb. Üsyan ABŞ və Avropa İttifaqında da pislənib.
İyulun 28-də prezident qvardiyasının keçmiş rəisi, general Əbdürəhman Tiani çevrilişi həyata keçirən hərbçilər adından özünü Vətəni Xilasetmə Milli Komitəsinin rəhbəri elan edib.
Samir