Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın kəşfiyyat təyyarəsinin onun iqtisadi zonasına daxil olmasından sonra döyüş təyyarələrini havaya qaldırıb.
HİT.az xəbər verir ki, bu barədə Koreya Xalq Ordusu (KPA) yaydığı bəyanatda bildirib.
Məlumata görə, Amerika təyyarəsi Şimali Koreyanın şərq sahilində, Vonsan limanından 520 kilometr aralıda yerləşən iqtisadi zonaya daxil olub. Buna cavab olaraq KXDR öz qırıcılarını havaya qaldırıb, bundan sonra ABŞ təyyarəsi ərazini tərk edib.
Samir