İngiltərədə yoxsulluq içində yaşayan uşaqların sayında əhəmiyyətli artım var.
HİT.az xəbər verir ki, Britaniyanın "Buttle UK" xeyriyyə təşkilatının saytında dərc olunan materiala görə, bu, ölkədə davam edən yaşayış xərcləri böhranı fonunda baş verir.
Qeyd olunur ki, bu il Böyük Britaniyada ilkin tələbat mallarını, o cümlədən ərzaqları ödəyə bilməyən ailələrin sayında artım müşahidə olunur. Həmçinin, bir çox ev təsərrüfatları kommunal xidmətlərin haqqını ödəyə bilmir, bunun üçün xeyli xərc çəkdiyindən isitmədən və yuyulmadan yeyirlər ki, bu da uşaqların əsas gigiyena və rifah səviyyəsi ilə təmin olunmamasına gətirib çıxarır.
Təşkilatın məlumatına görə, kömək edilən 200 min uşağın 60%-i yoxsulluq içində yaşayır. Bu rəqəm əvvəlki illə müqayisədə 15% artıb. Beləliklə, ən azı 120 min uşaq yoxsulluq içində yaşayır.
"Bizim hesabatımız pandemiyanın fəlakətli təsirini və yaşayış böhranının bahalığını nümayiş etdirir, bu da getdikcə daha çox uşağın qidasız qalması deməkdir", deyə "Buttle UK"un baş direktoru Cozef Hoves bildirib.
O əlavə edib ki, yoxsulluq şəraitində yaşayan uşaq və gənclərin sayının artması “çox narahatlıq doğurur”.
Samir