Avstriyanın keçmiş kansleri yalan ifadəyə görə mühakimə olunacaq

DÜNYA
20:15 / 18.08.2023
410

Avstriyada keçmiş kansler Sebastian Kurts əli olduğu korrupsiya iddialarını araşdıran parlament komitəsində yalan ifadələr verdiyi üçün məhkəmə qarşısına çıxarılacaq.

HİT.az xəbər verir ki, Mərkəzi Vyana İqtisadiyyat və Korrupsiya Prokurorluğu (WKStA) tərəfindən verilən yazılı açıqlamada Kurtsun parlamentin istintaq komitəsinə yalan ifadə verməsi səbəbi ilə barəsində cinayət işi açıldığı bildirilib. Bəyanatda deyilir ki, iddia edilən cinayətə görə cəza 3 ilə qədər həbsdir.

2021-ci ilin oktyabrında Kurts, ölkənin ən böyük şirkətlərinə yaxınlığı ilə tanınan Avstriya İştirak Holdinqinin (ÖBAG) keçmiş baş direktoru Tomas Şmid və bir çox önəmli adlara qarşı korrupsiya istintaqı başladılıb. Şmid 2022-ci ilin oktyabrında Kurtsa qarşı ağır ittihamlar səsləndirib.

Kurts hökumətin əsas tərəfdaşı olan sağ mərkəzçi Avstriya Xalq Partiyasının (ÖVP) lideri olmaq üçün ictimai rəyə təsir etmək məqsədilə ölkənin ikinci ən çox satılan qəzeti və rəy araşdırması şirkəti ilə razılaşıb. 2017-ci ildə keçirilən növbədənkənar seçkilərdə qalib gəlib. Sözügedən mətbuat və şirkətin Kurtsun irəlidə olduğunu göstərən sorğunun nəticələrini paylaşdığı və bu tədbirin maliyyə nazirliyinin büdcəsindən maliyyələşdiyi iddia edilib.

Uzun illər maliyyə nazirliyində müxtəlif vəzifələrdə çalışan Şmid 2017-ci il seçki kampaniyasında Kurtsa dəstək üçün bir çox media orqanına elanlar verildiyini və bu reklamların qeyri-qanuni maliyyələşdirildiyini bildirib. Şmid Kurtsun məqsədinə çatmaq üçün rüşvət və qohumbazlıq kimi müxtəlif yollara əl atdığını ifadə edərək, "etdikləri bəzi şeylərin səhv olduğunu düşündüyü" üçün prokurorluğa açıqlama vermə ehtiyacı hiss etdiyini bildirib.

Samir

0