Türkiyədə dəhşətli qəza: 12 nəfər öldü, 19-u yaralandı

DÜNYA
09:06 / 21.08.2023
629

Türkiyədə 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hit.az xarici mətbuata istinadən xəbər verir ki, Sivasdan İstanbula doğru hərəkət edən sərnişin avtobusu qarşı yol çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 12 nəfər ölüb, 19 sərnişin yaralanıb. Yaralılar Yozgat və Sorgundakı xəstəxanalara yerləşdiriliblər.

Yozgat valisi Mehmet Əli Özkan bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır:

“Yenə də ehtiyatsızlıqdan baş vermiş qəza olduğunu düşünürük. Bütün hallarda əsl səbəb araşdırmalardan sonra bəlli olacaq”.

0