Finlandiyanın xarici işlər naziri Elina Valtonen Helsinkinin müdafiə xərclərini ÜDM-in ən azı iki faizində saxlayacağını bildirib.
HİT.az xəbər verir ki, nazir digər Avropa ölkələrini də oxşar xərcləri artırmağa çağırıb.
"Finlandiya nümunə göstərmək və Avropa ölkələrini öz müdafiələrinə daha çox sərmayə qoymağa məcbur etmək istəyir", deyə Elina Valtonen bildirib.
Onun sözlərinə görə, Aİ ölkələri öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdırlar.
O, həmçinin qeyd edib ki, o, Finlandiyada müdafiə xərclərinin səviyyəsinin sonrakı seçki dövrlərində 2%-dən aşağı düşməməsini vacib hesab edir.
Samir