Braziliya prezidenti Putinlə şəxsən görüşmək istəyir

DÜNYA
19:00 / 21.08.2023
640

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Cənubi Afrikada keçiriləcək BRİCS sammiti zamanı Rusiya lideri Vladimir Putinlə şəxsən görüşməyə üstünlük verəcəyini bildirib. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov çox vacib və təcrübəli diplomatdır, lakin Rusiyanın bu görüşdə öz prezidenti ilə iştirakı çox vacib olardı", deyə Braziliya lideri bildirib.

O qeyd edib ki, tərəflər mühüm dünya məsələlərini müzakirə etmək niyyətindədirlər: “Mən çox istərdim ki, onları prezident Putinlə şəxsən müzakirə etmək imkanım olsun".

BRICS sammiti avqustun 22-24-də Yohannesburqda keçiriləcək və Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirak edəcək. Rusiya prezidenti Vladimir Putin sammitə videokonfrans vasitəsilə qatılacaq.

Samir

0