Çin ABŞ-ı Asiyada blok qarşıdurması yaratmaqda ittiham edir

DÜNYA
20:07 / 21.08.2023
475

"ABŞ Asiyada blok qarşıdurmasına səbəb olmaq və Çini cilovlamaq məqsədinə çatmaq üçün müttəfiqlərdən istifadə etməklə bağlı əlindən gələni edir".

HİT.az xəbər verir ki, bu barədə “The Global Times” məlumat yayıb.

“Birləşmiş Ştatlar Asiyada blok qarşıdurmasını təhrik etmək və Çinlə rəqabət aparmaq, onun qarşısını almaq məqsədinə çatmaq üçün regiondakı müttəfiqlərindən və ölkələrindən istifadə etmək üçün əlindən gələni edir, lakin bu məqsəd eqoistdir və əslində regionda sülhə xələl gətirir...”, deyə materialda qeyd edilir.

“The Global Times” yazır ki, hadisələrin bu cür inkişafı təkcə Çinin deyil, Şimali Koreya və Rusiya kimi regionun digər ölkələrinin də etirazı ilə qarşılaşacaq.

Samir

0