“Daily Teleqraf": "İrlandiya hakimiyyəti ölkənin neytrallığını pozaraq Ukraynaya hərbi yardım edir"

DÜNYA
08:15 / 22.08.2023
780

İrlandiya hakimiyyəti ölkənin neytral statusuna baxmayaraq, Kiyevə hərbi yardım göstərir.

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Telegraph” qəzeti yazır.

Eyni zamanda, qəzet qeyd edir ki, İrlandiyadan Ukraynaya hərbi yardım gizli şəkildə həyata keçirilir. Bu, İrlandiya ictimaiyyətindən gizlənir. Belə ki, yerli KİV-in məlumatına görə, İrlandiya hökumətinin Kiyevə yardım etmək qərarı gizli xarakter daşıyır.

Mövcud məlumatlara görə, Dublin Ukrayna hərbçilərinə rəsmən elan edilmiş humanitar məqsədlərə uyğun gəlməyən döyüş hazırlığı və atışlar öyrətmək niyyətindədir.

İrlandiyalı siyasətçi Herman Kellinin fikrincə, hökumətin bu siyasəti hətta İrlandiyanın deklarativ hərbi neytrallığında da "tabuta" vurulan son mismardır.

Samir

0