ABŞ alimləri alkoqolizmə qarşı peyvəndin yaradılmasını elan ediblər.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Nature Medicine” jurnalı məlumat yayıb.
Ohayo Dövlət Universitetinin Vehner Tibb Mərkəzinin və Tibb Kollecinin əməkdaşlarının fikrincə, belə bir peyvənd alkoqol asılılığı ilə mübarizədə sıçrayış olacaq.
Alkoqolizmdən əziyyət çəkən insanların orqanizmində sevinc hormonu olan dopaminin ciddi çatışmazlığı yaşanır. Bu kəsiri kompensasiya etmək üçün içən insan alkoqolun dozasını daim artırmağa məcbur olur. Primatlar üzərində aparılan araşdırma göstərib ki, meymunların orqanizminə bir dəfə gen dərmanı yeridilməsi beyində dopamin səviyyəsinin uzun müddət bərpa olunmasına gətirib çıxarır.
Alimlər belə bir fikir bildiriblər ki, orqanizmdə sevinc hormonunun səviyyəsinin bərpası alkoqol istehlakını azaltmalı və abstinensiyadan sonra içkiyə yenidən başlanmasının qarşısını almalıdır.
Samir