Avropa ölkələri cədvələ əməl etməsə, ABŞ ukraynalı pilotların Qərb F-16 qırıcıları ilə bağlı təlimlərinə qoşulmağa hazırdır.
HİT.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
"ABŞ Ukrayna pilotlarının sayı Avropa ölkələrinin öhdəsindən gələ biləcəyindən çox olarsa, onların təlimində iştirak etməyə hazırdır", deyə Pentaqon rəsmisi bildirib.
Onun sözlərinə görə, təlimin keçirilməsi üçün təşəbbüsü öz üzərinə götürən Danimarka və Niderland qrafikdən geri qalırsa və ya Hərbi Hava Qüvvələrinə əlavə sayda pilot yetişdirmək lazım gələrsə, o zaman ABŞ təlim prosesinə qoşulacaq.
Sinq qeyd edib ki, ukraynalı pilotlar F-16-nı idarə etməyə hazır olmaq üçün ingilis dilində peşəkar şəkildə və ciddi təlim keçməli olacaqlar. O, əlavə edib ki, bu, bir az vaxt aparacaq.
Samir