Türkiyənin müxalifət partiyaları arasında növbəti dəfə gərginlik yaşanıb.
HİT.az xəbər verir ki, bu dəfə də Gələcək Partiyası ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında konflikt baş verib.
Belə ki, CHP listələrindən seçilən Gələcək Partiyasının deputatı Nedim Yamalının açıqlaması gündəm olub. O, Kamal Kılıçdaroğlu sayəsində parlamanetə daxil olduqları üçün CHP seçicilərini razı salmağa məcbur olmadıqlarını deyib:
"Hər kəs öz seçicilərini toplasın və vəzifələrini icra etsin. Hər kəs öz səhvlərini gözdən keçirsin və öz partiyasının təşkilatları ilə bağlı çalışma aparsın. Mənim başqa partiyanın seçicilərini razı salmaq kimi bir məqsədim yoxdur. Bütün Türkiyəyə söyləmək istədiyimiz şeylər var. Nə üçün partiya qurduğumuz, nə etmək istədiyimiz kimi... Üstəlik, bizim hədəfimiz sadəcə müxalifət olmaq da deyil. Seçkidə "Millət İttifaqı"nda yer aldıq deyə, həyatımız boyunca həmin seçicilərə bağlı olmaq kimi də bir vəzifəmiz yoxdur".
Pərviz