ABŞ Cənubi Kaliforniya sahilləri yaxınlığında hipersəsli AGM-183A ARRW hava bazalı raket prototipinin sınaqlarını keçirib.
HİT.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.
ARRW əməliyyat prototipi "Boeing B-52H Stratofortress" strateji bombardmançı təyyarəsindən buraxılıb. ARRW "Lockheed Martin" hərbi şirkəti tərəfindən istehsal olunur.
Qeyd olunur ki, sınaqlar nəticəsində hərbçilər və tərtibatçılar ARRW raketinin imkanları barədə dəyərli məlumatlar əldə ediblər.
Ötən il AGM-183A raketinin ilk uğurlu buraxılışı həyata keçirilib. Hipersonik silahlar "5 Mach"dan sürətli və ya saatda 3,836 mildən çox sürətlə hərəkət edir, yüksək manevr qabiliyyətinə malikdir, bu da onları izləmək və vurmaqda çətinlik yaradır.
Bu ilin martında ABŞ Hərbi Hava Qüvvələri AGM-183A hipersəs raketinin prototipinin sınaq buraxılışını həyata keçirib, lakin uğurlu alınmayıb.
Samir