ABŞ Rusiya nümayəndə heyətinə viza vermir

DÜNYA
14:44 / 22.08.2023
498

Rusiya nümayəndə heyəti BMT Baş Assambleyasının sentyabrın 19-da başlayacaq 78-ci sessiyasında iştirak etmək üçün lazım olan Amerika vizalarını hələ də ala bilməyib.

HİT.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin bildirib. 

Onun sözlərinə görə, ABŞ Rusiya tərəfinə hələlik cavab verməyib: "Biz sadəcə soruşduq, dedilər bu barədə danışmaq hələ tezdir".

Karasin qeyd edib ki, Rusiya nümayəndə heyətinin üzvləri yola düşməzdən əvvəl vizaları gözləyəcəklər. O, diqqəti əvvəllər Amerika tərəfinin oxşar qərarı gecikdirdiyinə yönəldib.

Qeyd edək ki, Rusiya prezidenti xarici işlər naziri Sergey Lavrovu BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək nümayəndə heyətinin rəhbəri təyin edib.

Samir

0