Alman nazir: "Çin beynəlxalq nizama meydan oxuyur"

DÜNYA
17:56 / 22.08.2023
415

"Çin bu dünyada birlikdə necə yaşayışımızın əsaslarına və qurulmuş beynəlxalq nizama meydan oxuyur". 

HİT.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirib.

Nazir qeyd edib ki, Almaniya Asiya-Sakit okean regionunda gərginliyi azaltmaq üçün Avstraliya kimi ölkələrlə işləyəcək. Onun sözlərinə görə, Çin dəyişib, ona görə də Pekinə qarşı siyasət də dəyişməlidir:

“Bizim üçün Çin təkcə tərəfdaş deyil, getdikcə daha çox rəqibə çevrilir. İqlim böhranı, eləcə də ticarət və investisiya kimi qlobal çağırışların həllində tərəfdaşlıq etməliyik, lakin eyni zamanda, Avstraliya və regionun bir çox başqa ölkələrində rəqibdir".

Samir

0