Böyük Britaniya yaxın həftələrdə “Vaqner”i terror qruplaşması elan etməyə hazır olduğunu bəyan edib.
HİT.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
"Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman Britaniya rəsmiləri bəyannamə üçün hüquqi arqumentlərin hazırlanmasını başa çatdırdıqdan sonra Yevgeni Priqojinin şəxsi hərbi şirkətini terror təşkilatı elan etməyə hazırdır", deyə məlumatda bildirilir.
Böyük Britaniya 2020-ci ildə Yevgeni Priqojinə, 2022-ci ilin martında isə "Vaqner"in mühüm rol oynadığı Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra şirkətin özünə qarşı sanksiyalar tətbiq edib.
Samir