İsveçrə təhlükəsizliyi yaxşılaşdırmaq üçün Avropa Cinayət Faylları İnformasiya Sisteminə (ECRIS) qoşulmaq istəyir.
HİT.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, İsveçrə ilə Aİ dövlətləri arasında cinayət işlərindən əldə edilən məlumatların daha səmərəli mübadiləsi təhlükəsizliyi artıracaq. Bu səbəbdən Şura İsveçrənin Avropa Cinayət Faylları İnformasiya Sisteminə (ECRIS) qoşulması ilə bağlı Aİ ilə danışıqların başlanmasını dəstəkləyir.
Bildirilir ki, İsveçrə ilə Aİ dövlətləri arasında birbaşa məlumat mübadiləsi təhlükəsizliyi artıracaq, həmçinin cinayət təqibi orqanlarının və məhkəmələrin həm cinayətlərin qarşısının alınması, həm də cinayət təqibi sahəsində işini asanlaşdıracaq.
Samir