Çin Rusiyaya Ukraynada müdafiə istehkamları qurmağa kömək edib - WSJ

DÜNYA
18:28 / 23.08.2023
448

Çin yəqin ki, Ukraynanın ələ keçirilən ərazilərində istehkamların qurulmasında Rusiyaya kömək edib. 

HİT.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bunu iki ölkə arasında bəzi ticarət müqavilələrinin xarakteri sübut edir.

Nəşr qeyd edir ki, cari ilin 7 ayında ölkələr arasında ikitərəfli ticarətin həcmi 36% artıb. Eyni zamanda, təchizatlarda ikili təyinatlı və hərbi məqsədlər üçün istifadə oluna bilən xeyli texnika var.

Rusiya ordusunun Silahlı Qüvvələrin payız əks-hücum əməliyyatı başa çatdıqdan sonra müdafiə mövqelərini qurmağa başladığı vaxt “qəribə” təsadüf nəticəsində Rusiya Çin ekskavatorlarının idxalını üç dəfədən çox artırıb.

Nəşr iddia edir ki, Çin tammiqyaslı işğal zamanı Rusiyaya uşaq oyuncağı kimi maskalanmış min pilotsuz uçuş aparatı, 6 helikopter, optik nişangah, silah istehsalında istifadə edilən titan ərintisi məhsulları və hərbi aviasiya üçün nəzərdə tutulan aviasiya hissələri təhvil verib.

Samir

0