Göyərtəsində Priqojinin də olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb

DÜNYA
21:10 / 23.08.2023
837

Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.

HİT.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalında məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.

0