Ermənilər gürcülərin "xaçapuri"sini də oğurladı - FOTO/VİDEO

DÜNYA
11:50 / 24.08.2023
492

Ermənilər bu dəfə də gürcülərin məşhur yeməyi olan "xaçapuri"ni öz adlarına çıxarıb.

Hit.az-ın məlumatına görə bu barədə "Los Angeles Eat" (Los Ancels yeməkləri) səhifəsində video paylaşılıb. Videonun üzərində "erməni xaçapurisi" ifadəsi yer alıb. 

Paylaşımın rəy bölümündə gürcülər xaçapurinin Gürcüstanın milli yeməyi olduğunu bildirib.

Qeyd edək ki, bu, ermənilərin xaçapurini öz adlarına çıxardığı ilk hal deyil. Bundan öncə də dəfələrlə ermənilər bu yeməyin onlara məxsus olduğunu iddia edib.

Leyla

0