Fransa hakimiyyəti "Vaqner" lideri Yevgeni Priqojinin öldüyü ehtimal edilən təyyarə qəzasının səbəbi ilə bağlı "ağlabatan şübhələrə" malikdir. Eyni zamanda qəzada Rusiya Federasiyasının prezidenti Vladimir Putinin də iştirakı istisna edilmir.
HİT.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Olivier Veran "Le Monde" qəzetinə bildirib.
"Biz bu hadisənin şərtlərini hələ bilmirik. Bizim bəzi ağlabatan şübhələrimiz ola bilər", deyə Olivier Veran qeyd edib.
Avqustun 23-də Rusiya Federasiyasının Tver vilayətində “Vaqner” lideri Yevgeni Priqojinə məxsus “Embraer” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 7-si “Vaqner” üzvü olmaqla 10 nəfər olub. Qəzadan heç kim sağ qalmayıb.
Samir