Fransa müstəmləkə keçmişinə görə təzminat ödəyə bilər? - ŞƏRH

DÜNYA
14:40 / 24.08.2023
715

"Azərbaycan Fransanın cinayətkər olduğu həqiqətini dünyaya qəbul etdirir və beynəlxalq təşkilatların prosedurunun işləmədiyini göstərir".

Bu sözləri HİT.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O, dünya tərəfindən Fransanın müstəmləkə keçmişinin qəbul edilməsi və rəsmi Parisin buna görə təzminat ödəməsi üçün hansı addımların atılmasının lazım olduğu ilə bağlı suala isə belə cavab verib:

332485

"Ölkələrin təzminat ödəməsi üçün Beynəlxalq Ədalət Məhkəməsinin qərarı lazımdır. Həmçinin, Fransanın müharibə cinayətləri törətdiyi də məhkəmədə təsdiqlənməlidir. Buna görə də beynəlxalq məhkəmə BMT-nin Təhlükəsizlik Şurasının sənədlərinə istinad etməlidir. Amma Fransanın belə bir həqiqəti etiraf etməsi ilə bağlı fakt tapmaq mümkün olmayacaq".

Ekspert təəssüflə vurğulayıb ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir:

"Bu münasibətlərin əsasını təşkil edən prosedur da məhz bu cür qırılıb. Yəni Fransanın veto səsi onu bütün beynəlxalq məsuliyyətlərdən azad edir. Ona görə də bu məsələ ətrafında hər hansısa bir gözlənti ifadə etmək çətindir. Bu baxımdan, bu prosesin sonunda Fransanın məsuliyyətə cəlb olunması mümkün deyil".

Pərviz

0