Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mövcud geosiyasi şəraitdə təhsilini Rusiyada davam etdirən vətəndaşlara xüsusi diqqət yetirir.
HİT.az xəbər verir ki, bu barədə “Delfi” Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatına istinadən yazır.
Bəyanatda bildirilir ki, bu, Rusiya universitetlərində təhsil alan Latviya vətəndaşlarının işə cəlb edilməsi riskləri ilə bağlıdır. Mətndə deyilir ki, Rusiya əcnəbilərə təsir etmək məqsədilə pulsuz təhsil almaq imkanı təklif edir.
“Dövlət Təhlükəsizliyi Xidməti yüksək kəşfiyyat və işə götürmə riskləri səbəbindən Latviya vətəndaşlarını dəfələrlə Rusiyaya və onun ən yaxın müttəfiqi Belarusa səyahət etməməyə çağırıb”, deyə xidmət bildirib.
Samir