Almaniyanın xarici işlər naziri Annalena Berbok göyərtəsində biznesmen və "Vaqner"in təsisçisi Yevgeni Priqojinin də olduğu "Embraer" biznes-jetinin qəzaya uğramasını şərh edib.
HİT.az xəbər verir ki, nazir baş verənlərin təfərrüatlarını bilmədiyini deyib. Eyni zamanda xanım Burbok Rusiya hakimiyyətinin rəsmi açıqlamalarına inanmadığını vurğulayıb.
Qırğızıstandan olan həmkarı Canbek Kulubayevlə keçirdiyi mətbuat konfransında Almaniyanın xarici işlər nazirindən təyyarə qəzası ilə bağlı məlumatı şərh etməsi xahiş olunub. Burbok buna cavab olaraq “dəqiq nə baş verdiyi hələ də bəlli deyil” deyib.
Samir