Polşa 2024-cü ildə hərbi xərclərini 15% artıracaq

DÜNYA
18:46 / 24.08.2023
542

Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, 2024-cü ildə ölkə büdcəsindən hərbi xərclərə - ordunun maliyyələşdirilməsinə və dövlət sərhədinin möhkəmləndirilməsinə 158 milyard zlotidən (38,1 dollar) çox vəsait ayrılacaq. 

HİT.az xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,2% - 137,1 milyard zloti (33,1 milyard dollar) çoxdur. 

“Bir çox böhranlara baxmayaraq, bu il üçün gəlir tapa bildik. Büdcənin bütün şəklində mən üç əsas sütuna diqqət yetirərdim. Birincisi, geniş şəkildə başa düşülən fiziki təhlükəsizlikdir - sərhədlərimizin təhlükəsizliyi və ordumuzun maliyyələşdirilməsi", deyə baş nazir bildirib.

İyulun əvvəlində "Vaqner" muzdlularının Belarusa köçürülməsi ilə əlaqədar Polşa sərhədə 1000 əsgər və 200-ə yaxın texnika göndərmək qərarına gəlib. Sonra sərhəddəki əsgərlərin sayı 2 minə çatdırılıb. Polşa hökuməti də yeni birlik və hərbi hissələrin yaradılmasını elan edib.

Samir

0