Norveç enerji sisteminin bərpası üçün Ukraynaya 140 milyon dollar ayıracaq

DÜNYA
11:01 / 25.08.2023
655

Ukrayna Energetika Nazirliyinin verdiyi məlumata görə, Norveç Ukraynaya elektrik enerjisi və qaz tədarükünü təmin etmək üçün 1,5 milyard NOK (təxminən 140 milyon dollar) ayıracaq. 

HİT.az xəbər verir ki, vəsait partlayışlar zamanı zədələnmiş kritik enerji infrastrukturunun təmiri və saxlanmasına sərf olunacaq. 

Ukraynanın energetika naziri Erman Qaluşenko Norveçin baş naziri Yonas Qahr Sterenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə münaqişədən zərər çəkmiş enerji obyektlərindən birinə baş çəkib. Yonasın sözlərinə görə, Norveç hökuməti Ukraynaya qaz və elektrik enerjisinin idxalını təmin etmək üçün qeyd olunan məbləği Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə ayıracaq.

Vəsaitlər kritik enerji infrastrukturunun təcili təmiri və müharibədən zərər çəkmiş ərazilərin fövqəladə elektrik enerjisi ilə təmin edilməsi üçün istifadə olunacaq. Həmçinin qəza anbarı üçün qazın alınması nəzərdə tutulur.

Qaluşenko qeyd edib ki, Ukrayna Norveçin hidro və dənizdə külək istehsalının inkişafı üzrə təcrübəsində maraqlıdır. Görüş zamanı bu sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Samir

0