Priqojin öldü, Belarusda "vaqnerçilər"in sayı sürətlə azalır

DÜNYA
11:42 / 25.08.2023
405

Belarusda "Vaqner" muzdlularının sayı getdikcə azalır, onlar əsasən Rusiya Federasiyasına qayıdırlar.

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat katibi Andrey Demçenko “Yedınıy Novını” telemarafonunun efirində bildirib.

“Rusiya Federasiyasında baş vermiş 23 avqust hadisələrindən əvvəl də biz qeyd etmişdik ki, Belarusda rus muzdlularının sayı azalır. Əhəmiyyətli olmasa da, getdikcə Belarusda olan "vaqnerçilər" sayı azalırdı. İndi isə aydın olur ki, ayın 23-dən onların sayı azalmaqda davam edir”, deyə sözçü bildirib.

Demçenko qeyd edib ki, 23 avqust hadisələrindən sonra rus muzdlularının Belarusda qalmasına başqa cür yanaşmaq lazımdır. O bildirib ki, DPSU-nun məlumatına görə, onlar məzuniyyət bəhanəsi ilə Rusiya Federasiyasına gediblər və bir daha Belarusa qayıtmayıblar.

Onun sözlərinə görə, ümumilikdə Belarusla sərhəddə vəziyyət nəzarət altındadır: “Biz o tərəfdə baş verə biləcək hər hansı anlaşılmaz hərəkəti qeydə almamışıq”.

Qeyd edək ki, avqustun 23-də Tver vilayətində şəxsi təyyarə qəzaya uğrayıb və “Vaqner” lideri Yevgeni Priqojin ölüb.

Samir

0