"Hindistan digər dövlətlərdən, o cümlədən Rusiyanın neft tədarükündən asılı deyil".
HİT.az xəbər verir ki, bunu Hindistanın neft və qaz naziri Hardip Sinq Puri CNBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Hindistan Rusiyadan neftin barreli üçün 15 və ya 30 dollar endirim alıb, lakin “çoxlu satıcılar” da endirim edib.
Nazir həmçinin qeyd edib ki, Hindistan Yaxın Şərq ölkələrindən, o cümlədən İraqdan daha çox yanacaq idxal etməyə başlayıb.
“Çoxşaxəli təchizatlarımız var. Biz əvvəllər 27 mənbədən neft alırdıq, indi isə 39-dan”, deyə Puri bildirib.
Samir