Binəli Yıldırımın bənzəri tələbə oldu

DÜNYA
13:41 / 25.08.2023
693

Türkiyənin sabiq baş naziri Binəli Yıldırıma bənzəyən Zəkəriya Öztəkin yenidən diqqət mərkəzinə düşüb.

HİT.az xəbər verir ki, o, 68 yaşında tələbə adını qazanıb.

Z.Öztəkin Bartın Universitetinin İncəsənət Tarixi fakültəsinə daxil olub. O, sevincini belə bölüşüb:

"Çox sevinirəm və xoşbəxtəm. Uşaqlarım da məni çox dəstəklədi. Onlar olmasa, bunu bacara bilməzdim. Axşam evə gedib gec saatlara qədər dərs çalışıram. Uğurlu olmaq üçün nə lazımdırsa, etdim. Buna nail olduğum üçün çox xoşbəxtəm".

Qeyd edək ki, İzmirdə yaşayan Zəkəriya Öztəkin Binəli Yıldırıma bənzərliyi ilə hər zaman gündəm olur.

Pərviz

0