Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı açıqlama: "Yaxın günlərdə..."

DÜNYA
14:56 / 25.08.2023
379

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

HİT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Anlaşma var... Amma adətən biz bu cür səfərlərin anonslarını tərəfdaş ölkələrimizlə sinxronlaşdırırıq və bunun dəqiq nə vaxt və harada baş tutacağı barədə yaxın gələcəkdə sizə məlumat verəcəyik. Artıq görüş hazırlanır, çox yaxına baş tutacaq", deyə Peskov bildirib.

Peskov onu da qeyd edib ki, Putin sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 sammitində şəxsən iştirak etməyəcək.

Samir

0