Priqojinin ölümündən sonra: "Rusiya yeni hərbi qruplaşma yaradacaq"

DÜNYA
17:39 / 25.08.2023
536

"Vaqner" rəhbəri Yevgeni Priqojinin öldüyü açıqlansa da, bunun əksini düşünənlər də çoxdur. Xüsusilə, Böyük Britaniya mediasından onun ölmədiyinə dair xəbərlər tirajlanır. İddialara əsasən, "Vaqner" rəhbəri özü ölümünü səhnələşdirib və hazırda həyatdadır. 

Bəs bu iddialar nə dərəcəd doğrudur? Həqiqətən də Priqojin yaşayırmı?

Politoloq İlyas Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, bunun doğruluğu yalnız qarşıdakı illərdə müəyyən oluna bilər:

"Priqojinin ölümü ən çox müzakirə olunan mövzulardan biridir. Hazırda həqiqəti əks etdirən və etdirməyən bir sıra mülahizələr irəli sürülür. Mənə elə gəlir ki, sadəcə rəsmi açıqlamaya inanmaq lazımdır. Onun ölməməsi ilə bağlı fikirlər hələ uzun müddət səslənəcək. Bunun doğruluğu yalnız qarşıdakı illərdə müəyyən oluna bilər".

Onun sözlərinə görə, "Vaqner"in əvəzinə yeni hərbi qruplaşma yaradılacaq:

"İstənilən halda, "Vaqner" özəl hərbi şirkəti və onun rəhbəri Yevgeni Priqojin Rusiya-Ukrayna müharibəsində müəyyən dövrü əhatə edir. Moskva üzərinə edilən yürüş, Rusiya Müdafiə Nazirliyinin tənqid olunması, silah-sursatların verilməməsi Priqojinin, o cümlədən "Vaqner"in sonunu çatdırdı. Silahlı qüvvələr tərkibində özəl hərbi birləşmələr reallıqlardır. Rusiya da "Vaqner"i hansısa digər hərbi qrupla əvəzləyəcək. Amma başqa adla, başqa heyətlə bu fəaliyyət tənzimlənəcək".

Aynur Əli

0