Litva kaset sursatlarından istifadənin tərəfdarıdır

DÜNYA
21:26 / 25.08.2023
493

Litvanın müdafiə naziri Arvydas Anusauskas kasetli hərbi sursatlar haqqında Konvensiyada iştirakın respublikanın müdafiə qabiliyyətini məhdudlaşdırdığını bildirib.

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.
 
"Biz onların zərərsizləşdirilməsi ilə bağlı təlimlər belə keçirə bilmərik, çünki onların bizim arsenalımızda olmasına qadağa qoyulub", deyə Anuşauskas bildirib.

Nazir Litvanın Litvanın Rusiya Federasiyası ilə həmsərhəd olub, bu Konvensiyaya qoşulan yeganə ölkə olduğunu deyib. Anuşauskasın sözlərinə görə, artıq bu konvensiyadan çıxmaq üçün təkliflər hazırlanıb.

Samir

0