Bloomberg: "Ukraynada münaqişə dalana dirənir"

DÜNYA
18:39 / 25.08.2023
414

Ukrayna və müttəfiqləri qorxurlar ki, ölkədə münaqişə tədricən dalana dirənir, çünki döyüş meydanında irəliləyiş çox ləng əldə edilir.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Kiyev və onun müttəfiqləri açıq şəkildə müharibənin bu il dalana dirənəcəyini inkar edirlər, lakin özəl olaraq bəzi rəsmilər irəliləyişin yavaş-yavaş əldə olunduğu üçün bunun daha çox ehtimal olunduğu barədə xəbərdarlıq edirlər", deyə "Bloomberg" yazır.

Həmçinin qeyd olunur ki, müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ildə dönüş nöqtəsinə nail ola bilməyəcəyinə inanırlar.

Samir

0