Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında gözlənilən danışıqlar "taxıl sazişi"nin gələcəyini müəyyən edəcək.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadən yazır.
Mənbənin sözlərinə görə, proses BMT ilə razılaşdırılır. Ali qurum da danışıqlar prosesini izləyəcək.
Mənbə görüşün konstruktiv keçəcəyinə və nəticədə Qara dəniz təşəbbüsünün işinin bərpası üçün imkanların açılacağına ümid etdiyini bildirib.
Samir