Fransa ECOWAS-ın Nigerdəki hərbi əməliyyatlarını dəstəkləyəcək

DÜNYA
16:00 / 28.08.2023
691

Fransa Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigerdə ​​konstitusiya nizamını bərpa etmək üçün istənilən səyləri, o cümlədən hərbi səyləri dəstəkləməyə sadiqdir. 

HİT.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ölkənin səfirlərinin konfransında bildirib.

“Biz diplomatik səyləri dəstəkləyirik. Qərar verilərsə, ECOWAS-ın hərbi fəaliyyətini də dəstəkləyəcəyik", deyə Makron vurğulayıb.

O, hakimiyyətə gələn üsyançıların Fransa səfirinin ölkələrini tərk etməsini tələb etmələrinə baxmayaraq, fransız diplomatlarının Nigerdəki işini davam etdirdiyini qeyd edib.

Samir

0