Fransa müttəfiqlərini Trampa görə silah istehsalını artırmağa çağırır

DÜNYA
18:20 / 28.08.2023
501

Fransa hakimiyyəti avropalı müttəfiqlərinə xəbərdarlıq edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə mümkün qayıdışı ilə əlaqədar Kiyevə kömək etmək üçün silah istehsalını artırmaq lazımdır. 

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

iddiaya görə, Fransa rəsmiləri avropalı müttəfiqlərinə xəbərdarlıq ediblər ki, Trampın geri qayıtma ehtimalı qitədən “Ukraynanı təkbaşına təchiz edə bilməsi üçün” artilleriyadan tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər silah istehsalını əhəmiyyətli dərəcədə genişləndirməyi tələb edə bilər.

Nəşr vurğulayır ki, Paris Şərqi Avropa ölkələri ilə birlikdə Ukraynanın NATO-ya qəbul edilməsinin tərəfdarıdır.

Samir

0