Moskva Şəhər Məhkəməsində oğru dünyasının əfsanəsi sayına Vyaçeslav İvankovun (Yaponçik) qətlində təqsirləndirilən Astamur Butbanın məhkəməsi keçirilib.
Hit.az xəbər verir ki, iş materiallarına əsasən abxaz əsilli Astamur Butba kriminal avtoritet İlya Simoniyanın dəstəsinin üzvü olub.
“Yaponçik”in qətlinin də İlya Simoniyana sifariş edildiyi aydın olub. Astamur Butba sui-qəsd planında killer rolunu oynayıb.
Onun qətldə iştirakı artıq təsdqilənib. Sui-qəsd planının digər iştirakçıları, o cümlədən İlya Simoniya axtarışa verilib.
Vyaçeslav İvankov 2009-cu il iyulun 28-də naməlum şəxslər tərəfindən Moskvada güllələnib. “Qanuni oğru”ya Xoroşevski şossesi, 25 ünvanında yerləşən "Tayskiy slon" restoranından çıxan zaman atəş açılıb. "Qazel" markalı avtomobilində gizlənən killer təxminən 70 metrdən "Draqunov" tipli snayper tüfəngi ilə onun qarın nahiyəsinə atəş açıb. Bir neçə mürəkkəb cərrahiyyə əməliyyatına baxmayaraq Yaponçikin həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 9-da dünyasını dəyişib.
Vyaçeslav İvankov 2009-cu il oktyabrın 13-də Moskvadakı Vaqankovsk qəbiristanlığında dəfn edilib.
Anar