İsveçrə 96 Alman "Leopard 1A5" tankını Kiyevə ötürə bilərdi, amma bunu etmədi və indi bu tanklar İtaliyada sadəcə paslanır".
HİT.az xəbər verir ki, bunu "19FortyFive" portalındakı məqaləsində hərbi ekspert Peter Suçiu yazıb.
“İsveçrə 200 ildən artıqdır ki, sərt neytrallıq siyasətini davam etdirir. Lakin onun tənqidçiləri hesab edir ki, Ukraynaya 100 yaxın "Leopard 1A5" döyüş tankı verməkdən imtina etməklə, əslində Rusiyaya kömək edir", deyə o yazıb.
Suçiu qeyd edib ki, İsveçrənin öz köhnə tanklarını daha sonra Ukraynaya ötürülmək üçün Avropa ölkələrinə sata bilərdi, lakin bundan imtina edib.
Ekspertin fikrincə, Ukrayna Silahlı Qüvvələri əks-hücumda bu tanklardan istifadə edə bilərdi: "Əvəzində İtaliyada soyuq müharibə tankları paslanmağa davam edəcək".
Samir