BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqladı

DÜNYA
15:10 / 29.08.2023
423

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsinin məlumatına görə, 2022-ci il fevralın 24-dən indiyədək Ukraynada hərbi əməliyyatlar nəticəsində 9511 nəfər həlak olub. 

HİT.az xəbər verir ki, daha 17 206 nəfər yaralanıb.

Ölənlərin 4405-i kişi, 2638-i qadın, 233-ü qız və 287-si oğlan, o cümlədən cinsiyyəti müəyyən edilməmiş 29 uşaq və 1919 nəfər böyükdür. OHCHR-in hesablamaları avqustun 27-nə aiddir.

Samir

0