ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydenin ölkəyə rəhbərlik edə bilmədiyini deyib.
HİT.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb.
"Bayden Hərbi Hava Qüvvələri Akademiyasının məzuniyyət mərasimi zamanı hətta ayaq üstə dura bilmirdi. O, qətiliklə ölkəmizə rəhbərlik edə bilməz!", deyə sabi prezident bildirib.
80 yaşlı Co Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir, onun səhhəti mütəmadi olaraq vətəndaşlar arasında müzakirə və narahatlıq mövzusuna çevrilir. Siyasətçi dəfələrlə ölkələrin adlarını qarışdırıb və təyyarəyə minərkən büdrəyib.
Samir