Estoniyanın baş naziri Kaya Kallasın müşaviri Maris Lindmäe bildirib ki, hökumət başçısı ərinin Rusiya biznesinə dair izahatlar vermək üçün xüsusi parlament komissiyalarının iclaslarında iştirak edəcək.
HİT.az xəvər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Premyer Kallas ona uyğun vaxt təklif edib. Razılaşmaya əsasən, o, sentyabrın 4-də korrupsiyaya qarşı mübarizə üzrə xüsusi komissiyanın iclasında, sentyabrın 11-də isə təhlükəsizlik qurumlarına nəzarət üzrə xüsusi komissiyanın iclasında iştirak edəcək”, deyə Lindmae bildirib.
Əvvəllər Kallas demişdi ki, kəşfiyyat xidmətləri ona əri Arvo Hallikin Rusiyadakı biznesi ilə bağlı risklər barədə xəbərdarlıq etməyib. Onun sözlərinə görə, polis ərinin biznesi ilə bağlı ona heç bir məlumat göndərməyib.
Bundan əvvəl Kallas ərinin Rusiya ilə işləməyə davam edən "Stark Logistics"in bir hissəsini sendviç qiymətinə satdığını deyib. Estoniyanın baş naziri mediada "Stark Logistics" nəqliyyat şirkətinin Rusiya ilə əməkdaşlığı davam etdirməsi ilə bağlı yayılan məlumatlara görə qalmaqalla üzləşib. Lakin o, ərinin işinə görə istefa vermək fikrində olmadığını da bildirib.
Samir