Hindistanda keçirilən G20 Liderlər Sammitindən əvvəl "meymun" tədbiri

DÜNYA
22:53 / 30.08.2023
466

Hindistanın paytaxtı Yeni Dehlidə 9-10 sentyabr tarixlərində keçiriləcək G20 Liderlər Zirvəsi öncəsi meymunların ziyarətçilərdən və məkanlardan uzaq tutulması üçün bəzi tədbirlər görülüb.

HİT.az BBC-yə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları G20 sammiti zamanı meymunların ziyarətçilərə və məkanlara zərər verməsinin qarşısını almaq üçün planlar hazırlayıb.

Tədbirlərdən birinin meymunları qorxutmaq üçün “boz langur” meymunları boyda karton kəsimlərin hazırlanması olduğunu bildirən səlahiyyətlilər, kartonların sammitə qatılacaq nümayəndələrin qalacağı otellərlə yanaşı, meymunların tez-tez göründüyü yerlərdən yerlərdən asılacağını bildiriblər. 

Səlahiyyətlilər bildiriblər ki, langurların səslərini təqlid edə bilən 30-40 təlim keçmiş şəxs meymunları qorxutmaq üçün iş başında olacaq.

Samir

0