Britaniyanın müdafiə naziri postuna iki namizədi açıqlandı

DÜNYA
09:18 / 31.08.2023
503

Enerji Təhlükəsizliyi və İqlim neytrallığı katibi Qrant Şapps və ya keçmiş müdafiə naziri Liam Foks Böyük Britaniyanın hərbi departamentinin yeni rəhbəri ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) və "Telegraph" qəzetləri yazır.

Baş nazir Rişi Sunakın avqustun 31-də hazırkı müdafiə naziri Ben Uollesin dəyişdiriləcəyini elan edəcəyi gözlənilir. "Financial Times"ın məqaləsində Şapps "sürpriz favorit" adlandırılıb. Lakin qəzet xəbərdarlıq edir ki, onun namizədliyi hələ yekun deyil. Xüsusilə, Mühafizəkarlar Partiyası Baş Nazirlik Aparatının rəhbəri Ceremi Kuinni də namizəd kimi nəzərdən keçirir.

Öz növbəsində “Teleqraf” bu vəzifəyə əsas namizədin keçmiş müdafiə naziri Liam Foks olduğu fikrini bildirib.

Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli hökumətdə növbəti dəyişikliklər zamanı ölkənin baş naziri Rişi Sunaka müraciət edərək, onu müdafiə naziri təyin etməməyi xahiş etmişdi. 

Samir

0