Tramp: "İndiki rəhbərlik ABŞ-ı "banan respublikasına" çevirir"

DÜNYA
09:38 / 31.08.2023
492

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Baydenin rəhbərlik etdiyi hazırkı administrasiya ölkəni "banan respublikası"na çevirir.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, bu, siyasi opponentlər cinayət məsuliyyətinə cəlb olunanda baş verir. 

Siyasətçi ABŞ-ın hazırda “qaranlıq günlərini” yaşadığı fikrini bildirib. Tramp əlavə edib ki, ölkənin hazırkı prezidenti Bayden “ağılsızdır”.

Eyni zamanda, Birləşmiş Ştatların prezidentliyinə namizəd özünə qarşı açılan cinayət işlərini seçkilərə müdaxilə və indiki administrasiyanın əməkdaşlarını “faşist quldurları” adlandırıb.

Samir

0