ABŞ Ukrayna münaqişəsini bu tarixədək uzatmağa çalışacaq - Sabiq MKİ rəsmisi

DÜNYA
10:05 / 31.08.2023
525

Prezident Co Baydenin başçılıq etdiyi hazırkı ABŞ administrasiyası Ukrayna münaqişəsini 2024-cü ildə Amerikakl prezident seçkiləri bitənə qədər uzatmağa çalışacaq. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş müşaviri Ceyms Rikards “The Daily Reckoning” üçün məqaləsində yazıb.

Onun fikrincə, bu cür taktikalar Baydenin yenidən prezident seçilmə şansını artırmağa yönəlib:

“Ukraynanın qalib gəlmək şansı yoxdur, lakin münaqişə yenə də gərginləşə bilər. Bayden komandası alçaldıcı məğlubiyyəti etiraf etmək istəmir", deyə keçmiş MKİ agenti yazıb.

Rikards belə bir fikri ifadə edib ki, Bayden yenidən seçilərsə, o, 2021-ci ildə Əfqanıstanla bağlı etdiyi kimi, Ukraynaya kömək etməkdən sadəcə imtina edəcək, Amerikanın bütün hərbi kontingentini bu ölkədən çıxaracaq.

Eyni zamanda ekspert qeyd edib ki, ABŞ hakimiyyəti "Patriot" sistemləri, HIMARS MLRS, "Leopard" və "Challenger" tankları, "Bradley" piyada döyüş maşınları və "Storm Shadow" raketləri şəklində Qərbin “möcüzə silahlarına” ümid edir. 

Samir

 

 

0