ABŞ hakimiyyəti beşinci nəsil F-35A qırıcı-bombardmançı təyyarələrinin iki eskadrilyasını İngiltərənin şərqindəki Suffolkdakı Lakenheat bazasına yerləşdirməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" hərbi dairələrdəki mənbələrə istinadən yazır.
Mənbələrin sözlərinə görə, söhbət taktiki nüvə silahı daşıya bilən 54 bölmədən gedir.
Qəzetin mənbələrinə görə, F-35-lər artıq yerləşdirilib və 2023-cü və ya 2024-cü ilin sonuna qədər proses bitə bilər. “The Daily Telegraph” qeyd edir ki, eyni zamanda Konqres ABŞ Hərbi Hava Qüvvələrinin 144 ABŞ hərbçisi üçün Lakenheat bazasında əlavə yaşayış binalarının tikintisinə 50 milyon dollar ayrılması barədə sorğu alıb.
Qəzet qeyd edir ki, hərbçilər, sənədlərə əsasən, potensial zəmanət missiyasına (nüvə silahlarının təhlükəsiz saxlanmasına) hazırlaşırlar. 2008-ci ilə qədər Britaniya bazasında Amerikanın 110 ədəd B61 nüvə bombası saxlanılırdı.
Samir