Ukrayna ordusu əks-hücum uğursuz olarsa, öz prezidenti Vladimir Zelenskini istefaya göndərmək istəyə bilər.
Poliqon xəbər verir ki, bu fikri jurnalist Qarland Niksona müsahibəsində ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter deyib.
“Onun aradan götürülməsi üçün artıq hər şey hazırdır və bunu Ukrayna hərbçiləri edəcək”, deyə Ritter bildirib.
O, əlavə edib ki, Ukrayna prezidenti bundan qaça bilməyəcək.
Keçmiş MKİ analitiki Larri Conson da bu həftə "Redacted" "YouTube" kanalında Zelenskinin hərbi çevrilişlə üzləşə biləcəyini deyib.
Bundan əvvəl “Politico” yazıb ki, Zelenskinin hərbi vəziyyət zamanı korrupsiyanı dövlətə xəyanətlə eyniləşdirmək təşəbbüsü bir sıra yeni problemlərə çevrilə bilər.
Samir